TOP 10

“Liverpul” evdə, “Bavariya” və MS səfərdə qalib gəldi, “Real” xal itirdi

Futbol
Tarix: 2020-10-28 02:02

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının qarşılaşmaları baş tutub.


A qrupunda ilk turda “Atletiko”nu darmadağın edən “Bavariya” bu dəfə Moskva “Lokomotiv”ini səfərdə üstələyib. “Atletiko” isə doğma meydanda “Zalsburq”dan güclü olub.


B qrupu çərçivəsində “Real” səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda xilas olub. “Şaxtyor” isə “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.


D qrupunda “Liverpul” “Midtyulland”ı, “Atalanta” isə “Ayaks”ı sınağa çəkib. İngiltərədəki oyunda son çempion inamlı qələbəyə sevinib. Dörd qolun qeydə alındığı İtaliyadakı matçda isə qalib müəyyənləşməyib.


Qrup mərhələsinin 2-ci turunun digər oyunları sabah keçiriləcək.


UEFA Çempionlar Liqası
27 oktyabr


A qrupu


Lokomotiv (Moskva, Rusiya) – Bavariya (Almaniya) 1:2
Qol: Mirançuk, 70 – Qoretska, 13. Kimmix, 79.


Atletiko (İspaniya) – Zalsburq (Avstriya) 3:2
Qol: Lyorente, 29. J.Feliks, 52; 85 – Soboslai, 40. Berişa, 47.


Bavariya – 6, Atletiko – 3, Lokomotiv – 1, Zalsburq – 1.


B qrupu


Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0


Borussiya (Münhenqladbax, Almaniya) – Real (İspaniya) 2:2
Qol: Turam, 33; 58 – Benzema, 87. Kazemiro, 90+3.


Şaxtyor – 4, Borussiya – 2, İnter – 2, Real - 1


C qrupu


Portu (Portuqaliya) – Olimpiakos (Yunanıstan) 2:0
Qol: Vieyra, 11. Oliveyra, 85.


Olimpik (Marsel, Fransa) – Mançester Siti (İngiltərə) 0:3
Qol: Torres, 18. Gündoğan, 76. Sterlinq, 81.


Mançester Siti – 6, Portu – 3, Olimpiakos – 3, Olimpik 0.


D qrupu


Liverpul (İngiltərə) – Midtyulland (Danimarka) 2:0
Qol: Jota, 55. Salah, 90+2-pen.


Atalanta (İtaliya) – Ayaks (Niderland) 2:2
Qol: Sapata, 54; 60 – Tadiç, 30-pen. Traore, 38.


Liverpul – 6, Atalanta – 4, Ayaks – 1, Midtyulland – 0.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB