TOP 10

“Qarabağ”ın rəqibi doğma meydanda uduzdu

Dünya Futbolu
Tarix: 2020-10-26 23:30

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb. 
 

Sözügedən komanda doğma meydanda “Rizəspor”la qarşılaşıb. Sivaslılar bu görüşdə iki cavabsız qolla məğlub olublar.


Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını isə həmin ayın 26-da Bakıda keçirəcək. Ağdam təmsilçisi ilk turda səfərdə İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 0:1, sivaslılar isə İspaniya “Vilyarreal”ına 3:5 hesabıyla uduzub.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB