TOP 10

Araz Abdullayevli “Boluspor” yenə qələbə qazana bilmədi

Dünya Futbolu
Tarix: 2020-10-26 22:05

Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.


Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.


7 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB