TOP 10

Millimiz Monteneqro ilə Xorvatiyada qarşılaşacaq

Futbol
Tarix: 2020-10-26 20:04

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub. Sport24.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək.
 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandamızın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB