TOP 10

“Milan”ın daha 2 futbolçusunda koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-10-26 17:45

İtaliyanın “Milan” klubunun 5 üzvündə koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


“Milan”da futbolçulardan Canluici Donnarumma, Yens Peter Hauqenin və daha üç klub işçisinin koronavirus testinin müsbət çıxdığı bildirilib.


“Milan” bu gün A Seriyasının 5-ci turu çərçivəsində “Roma”nı qəbul edəcək. Görüş saat 23:45-də start götürəcək.


“Milan”da bundan əvvəl Rafael Leao, Zlatan İbrahimoviç və Leo Duartedə koronavirus aşkarlanmışdı. Hər üç futbolçu tam sağalıb.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB