TOP 10

Premyer Liqamızın ən gənc və ən yaşlı komandası məlum oldu

Futbol
Tarix: 2020-10-26 14:40

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında cari mövsümdə meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, qurum, Azərbaycan Premyer Liqasında da ilk 6 tura əsasən komandaların orta yaş həddini açıqlayıb.
 

Premyer Liqada mübarizə aparan komandalardan ən gənci “Sumqayıt”dır. “Kimyaçılar”da bu mövsüm meydana çıxan komandanın ümumi yaş ortalaması 25,6-dır. “Zirə” 25,9-la 2-ci “Qəbələ” 26,3-lə 3-cü “Səbail” (26,3), “Neftçi” 26,4-lə 4-cü, “Qarabağ” 27 ilə 5-ci, “Keşlə” 27,5-lə 6-cıdır. Premyer Liqanın ən yaşlı komanası isə 27,6 yaş ortalaması ilə “Sabah”dır.


Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qarabağ” görüşü təxirə salındığı üçün hər iki komandanın statistikası 5 oyuna əsasən hesablanıb.


TOP-5 liqalarda ən yaxşı göstərici İtaliyanın “Milan” klubuna məxsusdur. “Qırmızı-qaralar”ın ortalama yaş həddi 24,5-dir.


Dünyanın ən gənc kollektivi isə 20,7 yaş ortalaması ilə Latviyanın “Metta” klubudur.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB