TOP 10

Premyer Liqanın BİLİCİsi: İlk dövrə ikihakimiyyətliklə yekunlaşdı

Futbol
Tarix: 2020-10-26 15:26

"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİnin birinci dövrəsi başa çatdı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət yarışmada ilk dövrənin yekununda ikihakimiyyətlik yaranıb.

 

Bunu "Futbol+"dan Kənan Həsənovla "CBC Sport"lu Şəmsəddin Abbasov müəyyənləşdirib. Onlar son turda 2 nəticəni düz taparaq, 14 xalla liderliyi bölüşdürürlər. 

 

Turnirin qaydalarıyla aşağıda tanış olmaq mümkündü:

 

http://sport24.az/news/43333

 

7 turdan sonra turnir cədvəli:

1-2. Kənan Həsənov, Şəmsəddin Abbasov (hər ikisi - 14), 3. Mehman Süleymanov (13).  4-9. Ceyhun Əliyev, Mirbağır Cəfərli, Elşən Məmmədov, Ruslan Sadıqov, Elmir Əliyev, İbrahim Cəfərov (hamısı - 12), 10. Faiq Tahirov (10), 11. Şahin Cəfərov (6).

 

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB