TOP 10

Turun "5-liy"i: Liderdən ilk, autsayderdən heç kimin nail olmadığı müsbət nəticə

Futbol
Tarix: 2020-10-26 13:00

Azərbaycan Premyer Liqasının yeni mövsümün VII turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

"Sumqayıt"dan görünməmiş nəticə

"Sumqayıt" ilk dövrəni vahid lider kimi bitirdi. Bu, 2011-ci Premyer Liqamızda fasiləsiz çıxış edən "gənclik şəhəri"nin təmsilçisinin tarixində ilk belə nailiyyətdi. Yəni, sumqayıtlılar bunadək heç vaxt nəinki ilk, ümumiyyətlə, dövrənin qalibi olmayıb. Son 7 mövsümdə dövrənin qalibi olmağa daha çox sonda çempion da olan "Qarabağ" imza atıb. Özü də Qurban Qurbanovun komandası keçən çempionatın ilk dövrəsində buna yüzfaizli nəticəylə - 7 oyunda 7 qələbəylə buna nail olmuşdu. 

 

Ayxan Abbasovun komandası qol sayında da hamıdan irəlilədi - 11. Onu da bildirək ki, "Sumqayıt" çempionatda ən yaxşı göstəricisini keçən çempionatda qazanaraq - 4-cü pilləni tutaraq, ilk dəfə avrokuboklara çıxdı.

 

 

Qurbani keçən çempionatdakı məhsuldarlığı ilk dövrədə göstərir

Bombardirlər yarışında da zirvədə "Sumqayıt"lı qərarlaşıb. Bu, ölkəmizdə debüt mövsümünü keçirən Əli Qurbanidi. Artıq millimizin də üzvü olan 30 yaşlı hücumçu hesabına 6-cı qolu yazaraq, ən sərrast oyunçular siyahısında vahid liderdi.

 

Əli 7 turun hamısında oynayaraq 5 matçda fərqlənib. Bunun 1-də dubl müəllifi olub, digələrlərində hər birində 1 qol qeydə alınıb. Qurbaninin qol vurmadığı matçların birində - startda komandası rəqib qapısına yol tapa bilməyərək, "Keşlə"yə evdə 0:1 hesabıyla uduzub. O, bundan sonra Sumqayıtda "Zirə"yə qol vura bilməyib. Halbuki, həmin matçda penaltidən fərqlənmək imkanı olsa da, bunu qaçırmışdı. Qurbani komandasının hər 3 səfər görüşündə meydanı qolsuz tərk etməyib. 

 

Maraqlıdı ki, sonadək başa çatdırılmayan keçən çempionatda keçirilən 20 turda bombardirlər cəmi 7 qol vurdu. Söhbət Baqali Dabo, Stiven Monroz (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ") və Peyman Babayidən ("Sumqayıt") gedir. Götündüyü kimi, Əli ilk dövrədə demək olar buna nail olub.

 

 

Yalnız "Sabah"

Məlumdur ki, futbolda 3 nəticə qeydə alınır. Heç-heçə komandaların xalları yarı bölməsi deməkdi. Buna isə hələ "Sabah" nail olmayıb. Bəli, Visente Qomesin komandası ilk dövrədə heç-heçə etməyərək, 2 dəfə qalib gəlib, 5 məğlubiyyət alıb.

 

Təbii ki, "Sabah"ın bərabərliyi keçən çempionata gedib çıxır. Bu, XIX turda - fevralın 29-da "Qarabağ"la səfərdə qolsuz bərabərlik olub. Blindiyi kimi, onda komandanın baş məşqçisi xorvatiyalı Jelko Sopiç idi.

 

"Qəbələ"də isə əksinə, heç-heçələr sarıdan bolluqdu. Belə ki, Elmar Baxşıyevin yetirmələri ilk dövrənin ən sülhsevər komandasıdı - 5 bərabərlik. Bunun 4-ü evdə olub, yəni, əyalət təmsilçisi öz meydanında bütün görüşlərdə xalları bərabər bölüb. 

 

 

Yeni antirekord da "Sabah"dan

Cari çempionatda məğlubiyyət seriyasına yeni antirekord qeydə alınıb. Buna da "Sabah" imza atıb. Belə ki, Visente Qomesin komandası ardıcıl 4 məğlubiyyət alıb. Paytaxt təmsilçisi IV turdan başlayaraq meydanı xalsız tərk edir - "Səbail"ə səfərdə 1,2, "Keşlə"yə evdə 0:2, "Neftçi"yə səfərdə 0:1, "Sumqayıt"a evdə 1:2. Bu uğursuz seriya III turda "Zirə" üzərində 2:0 hesablı səfərə qələbəsindən sonra başlayıb. "Sabah"ın passivində 5 məğlubiyyət var ki, birincini startda "Qarabağ"dan səfərdə 0:2 hesabıyla alıb.

 

Bunadək məğlubiyyət seriyasında antirekord "Səbail"ə məxsus idi. Belə ki, Aftandil Hacıyevin komandası ilk 3 turda uduzaraq, bu uğursuzluğa məhz "Sabah"la matçda son qoydu.

 

 

"Qəbələ"nin öyünə biləcəyi nəticə

İlk dövrəni son pillədə bitirən "Qəbələ" ən yaxşı göstəriciyə imza atdı. İlk baxışdan bu. qəribə səslənsə də, reallıqdı. Belə ki, ilk dövrədə evdə uduzmayan yeganə komanda məhz autsayder oldu. Elmar Baxşıyevin komandası evdə "Keşlə"ylə evdə qolsuz, "Zirə", "Sumqayıt" və "Səbail"lə 1:1 hesablı bərabərlik etdi. Hazırkı lider "Sumqayıt", son 7 ilin çempionu "Qarabağ" da bu göstəriciylə oyün bilməz. 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB