TOP 10

Riad Rəfiyev: "Axıradək oynadıq, xarakter göstərdik"

Futbol
Tarix: 2020-10-26 10:57

"Çox maraqlı oyun oldu. Öndə ondan başlayaq ki, nəinki bu, son 3 oyuna köklənmək çox çətindi. Çünki hamımızın fikri cəhbədədi. Allah əsgərlərimizi qorusun, Ordumuza qüvvət versin!". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev bildirib.

 

"Gənclik şəhəri"nin təmsilçisi ilk dövrənin son turunda "Sabah" üzərində səfər qələbəsini son saniyələrdə vurduğu qolla qazandı. Rəfiyev futbolçularının xarakter göstərməsini xüsusi vurğulayıb: "Qarşılaşmalar öklənmək nə qədər çətin olmasına baxmayaraq, çox maraqlı oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi. Axıradək oynadıq, xarakter göstərdik. Fikrimcə, 3 xala layiq oyun göstərib qələbə qazandıq".

 

"Sumqayıt" qələbə topunadək xeyli qol imkanını, təkbətək epizodları qaçırdı. Klub prezidenti bunu konsentrasiyanın itirilməsiylə əlaqələndirmir: "Futboldu, bəzən görürsən ki, belə şeylər olur. Xeyli sayda qol epizodumuz oldu, istifadə edə bilmədik. Ancaq son hücumda, son 10 dəqiqədə meydana çıxan gənc futbolçumuz Səbuhi Abdullzadə qələbə topunu vurdu. Oyundan sonra paltardəyişmə otağına daxil olaraq komandanı təbrik elədim. Əlbəttə, hamı bilir ki, qələbənin qarşılığında mükafatın verilməsi normaldı. Komanda qalib gəlibsə, onlar mükafatları alacaq". 

 

Yaxşı deyiblər ki, iştah diş altında olur. "Sumqayıt" ilk dövrəni vahid lider kimi bitirdi. Maraqlıdı ki, bu, komandanın hədəflərini dəyişdiribmi? Rəfiyevi dinləyək: "Fikrimcə. hədəf bütün komandalarda eyni olmalıdı - hər oyuna qalib gəlmək üçün çıxmaq, 3 xalı qazanmaq. Bizdə də hədəf budu". 

 

 

 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB