TOP 10

Azərbaycan çempionatının rekordu təkrarlandı

Futbol
Tarix: 2020-10-26 11:21

“Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır.
 

Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/94 mövsümündə "Neftçi" yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən öncə son belə komanda “Bakı” olub. 8 il öncə -2012/13 mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.


Qeyd edək ki, “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB