TOP 10

“Keşlə”nin futbolçusu 100-ü haqladı

Futbol
Tarix: 2020-10-26 10:41

Azərbaycan Premyer Liqasının 7-ci turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib.
 

Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.


Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.


2014/15. Simurq – 1 oyun
2015/16. Zirə – 10 oyun
2016/17. Zirə – 15 oyun
2017/18. Zirə – 24 oyun
2018/19. Zirə – 10 oyun
2018/19. Keşlə – 13 oyun
2019/20. Keşlə – 20 oyun
2020/21. Keşlə – 7 oyun

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB