TOP 10

"Makkabi"nin baş məşqçisi: "Bilirəm, "Qarabağ"la avrokubok matçından sonra çempionatda oynamaq çətin idi"

Futbol
Tarix: 2020-10-26 10:00

"Oyuna pis başladıq. Sonradan vəziyyəti dəyişməyə çalışsaq da, bizdə heç nə alınmadı. Şempionatda yaxşı təşkilatlanmış komandalara qarşı matçlarda qol vəziyyətləri yaratmaqda çətinlik çəkirik. Bunu yoluna qoymalıyıq". Sport24.az xəbər verir ki, bunu "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis İsrail çempionatının V turunda evdə "Hapoel" (Beer-Şeva) ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Yunanıstanlı mütəxəssisin sözlərinə görə, komandası yerli liqanın matçlarına köklənməkdə problem yaşayır: "Hər oyun bizim üçün vacibdir. Komandamın çıxışından razı qalmasam da, futbolçularıma inanıram. Daha çox işləməliyik. Bilirəm, "Qarabağ"la avrokubok matçından sonra çempionatda oynamaq çətin idi. Amma rəqib də bizimlə eyni vəziyyətdə idi. İntensivliyimizi artırmalıyıq".

 

Qeyd edək ki, Avropa Liqasının I qrupunun ilk turunda "Makkabi" evdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB