TOP 10

“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

Dünya Futbolu
Tarix: 2020-10-26 01:40

Futbol üzrə İsrail çempionatında 5-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.


Sözügedən komanda doğma meydanda “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.


Bu mövsüm cəmi 3 oyun keçirmiş “Makkabi” bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.


Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də Bakıda baş tutacaq.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB