TOP 10

Nağıyevli “Dinamo-Avto” səfərdən 1 xalla döndü

Dünya Futbolu
Tarix: 2020-10-26 13:41

Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Zimbru” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.


Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.


16 turdan sonra 20 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB