TOP 10

Qurban Qurbanov razı qalıb: "Rəşad Sadıqov olduğundan, ilk dəfə rəqib baş məşqçiyə səmimi qəlbdən uğurlar arzuladım"

Futbol
Tarix: 2020-10-25 18:19

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VII turunda "Zirə"ylə səfərdəki qolsuz bərabərlikdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matç haqda danışıb. 

 

- Həqiqətən maraqlı oyun alındı. Xüsusilə ikinci hissədə. Oyunun tempi biz azlıqda qalandan sonra da aşağı düşmədi. Hər iki komanda istəkli idi. Futbolçularımdan razı qaldım. Yorğun deyildilər, aktiv göründülər. Rəşad Sadıqova, "Zirə"yə uğurlar arzulayıram. Çempionat bizim bizim üçün getdikcə daha çətinləşir desək, düzgün olar. Başqa çıxış yolumuz yoxdu. 

 

- Ehtiyatda qalan Bədavi Hüseynov, Mahir Emreli və Maksim Medvedevin "Vilyarreal"a qarşı oynaması nə dərəcədə realdı?

- Mahirin start heyətində olması çətindi. Ola bilsin ki, ehtiyatda olsun. Bədavinin oynaması sual altındadı. Çünki hələ komandaya qoşulmayıb, bu gün də fərdi məqş elədi. Sabah vəziyyətinə baxacağıq. Hər şey oyun günü bilinəcək. Maksimə gəlincə, komandayla iki məşq eləmişdi. Buna görə ona əsas heyətdə yer vermədik. 

 

- Rəşad Sadıqovla 20 ildə ilk dəfə rəqib oldunuz. Necə bir hissdi?

- Məşqlərdə rəqib olmuşuq (gülür)  Çalışıram səmimi olum. İnsanıq, rəqibə uğurlar desək də, fərqli yanaşıırq. Bu gün Rəşad Sadıqov olduğundan, ilk dəfə rəqib baş məşqçiyə səmimi qəlbdən uğurlar arzuladım.

 

- Rəqibin Rəşad Sadıqovun olması, sizi yaxşı tanıması nəticəyə nə dərəcədə təsir göstərdi?

- Məncə, bütün komandalar bizi yaxşı tanıyır. Rəşad nə qədər yanımızda olsa da, oyunun gedişində fərqli hücumlar qururdular. Fərqli sistemlə çıxmışdılar. Digər komandalar bizə qarşı çox oynayıb. Rəşad isə ilk dəfə rəqib olub. Hər ikimizin qol epizodları oldu.  

 

 

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB