TOP 10

"Makkabi"nin baş məşqçisi: "Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

Futbol
Tarix: 2020-10-25 12:40

Uzun fasilədən sonra bərpa olunan çempionata qələbə ilə başlamaq önəmlidi. 3-4 gündən bir oyun keçirəcəyik. Bunun üçün heyətin geniş olması vacibdir. Belədə seçim etmək asan olur. Qələbə ilə başlamaq və mövsümün sonunda uğur qazanmaq önəmlidir. "Hapoel" intizamlı komandadır. Rəqibi analiz etmişik, güclü tərəflərini bilirik. Bizi çətin qarşılaşma gözləyir". Sport24.az xəbər verir ki, bu fikirləri İsrail "Makkabi"sinin baş məşqçisi Yorqos Donis ölkə çempionatının V turunda bu gün "Hapoel" (Beer-Şeva) ilə keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.

 

Cəza səbəbindən UEFA Avropa Liqasının I qrupunun ilk turunun "Qarabağ"la oyununda (1:0) "texniki zona"da yer almayan 51 yaşlı yunanıstanlı mütəxəssis bu məqama da toxunub: "Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".

 

Qeyd edək ki, çempionatda 2 oyun keçirən Təl-Əviv təmsilçisi 1 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB