TOP 10

"Qarabağ"la matçda qazanılan 3 xal bizim üçün stimuldur"

Futbol
Tarix: 2020-10-25 13:00

"Şükürlər olsun ki, bütün futbolçularımız sağlamdır. "Hapoel" (Beer-Şeva) ilə oyunda yaxşı nəticə qazanacağımıza inanıram. Liqaya yaxşı start vermədik. Qarşıda bizi uzun və çətin yol gözləyir. Bizdən fərqli, rəqib mövsümə çox yaxşı başlayıb. Bu, onlarla ilk oyunumuz deyil. "Hapoel"i yaxşı tanıyırıq, rəqibin gücünə bələdik". Sport24.az xəbər verir ki, bunu Təl-Əviv "Makkabi"sinin futbolçusu Eyal Qolasa ölkə çempionatının V turunda bu gün "Hapoel" (Beer-Şeva) ilə keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.

 

UEFA Avropa Liqasının I qrupunun ilk turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən də söz açan israilli yarımmüdafiəçi avrokubok oyununda qələbənin hər zaman sevindirici olduğunu diqqətə çatdırıb: "Düşünürəm ki, Avropa Liqasına yaxşı start verdik. İlk matçda qazandığımız 3 xal növbəti oyunlar üçün stimuldur. İndi isə bizi qarşıda "Hapoel"lə çempionatı oyunu gözləyir".

 

Qeyd edək ki, "Makkabi"  - "Hapoel" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bunadək çempionatda 2 oyun keçirən Təl-Əviv təmsilçisi 1 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB