TOP 10

Levandovskidən Bundesliqada yeni rekord

Dünya Futbolu
Tarix: 2020-10-25 10:00

“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, polşalı futbolçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.
 

İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna 5-ci turun “Ayntraxt”la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.


Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç futbolçu Levandovskidən daha çox het-trik edib. Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində isə 12 het-trik var.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB