TOP 10

Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2020-10-24 21:31

Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Aleksandriya” 7 turdan sonra 9 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB