TOP 10

“Ayaks”dan tarixi qələbə - 13:0

Dünya Futbolu
Tarix: 2020-10-24 22:00

“Ayaks” Niderland çempionatının VI turunda “Venlo” üzərində tarixi qələbə qazanıb. Sport24.az xəbər verir ki, Amsterdam klubu rəqib qapısından 13 cavabsız qol keçirib.
 

Bu, “Ayaks”ın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı.
 

Bunadək rekord 1971/72 mövsümündə qeydə alınmayıb. Həmin vaxt “Ayaks” “Vitess”i 12:1 hesabı ilə məğlub edib.
 

Erik Ten Haqın komandasında Lassina Traore penta-trik edib. Klas Yan Huntelar və Yurgen Enkeljamp dubl müəllifləri olub. Duşan Tadiç, Deyli Blind, Entoni və Lisandro Martines hərəyə 1 dəfə fərqlənib. Meydan sahibləri Kristian Kumun 50-ci dəqiqədə aldığı qırmızı vərəqədən sonra azlıqda oynayıb.
 

Qeyd edək ki, 15 xala malik “Ayaks” çempionatın lideridi. 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB