TOP 10

"El Klasiko"nu "Real" qazandı

Dünya Futbolu
Tarix: 2020-10-24 21:12

İspaniya Primerosunun VII turu “El-Klasiko” ilə əlamətdar olub. Sport24.az xəbər verir ki, “Barselona” "Real"la ev matçında məğlub olub. 
 
İspaniyanın iki ən titullu klubunun qarşılaşması erkən qollarla başlayıb. Öncə madridlilər Federiko Valverdenin qolu ilə hesabı açıb. Ardınca meydan sahibləri fərqlənib. Ansu Fati “El-Klasiko”da qol vuran ən gənc oyunçu adını qazanıb.
 
İkinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən Serxio Ramos kapitanı olduğu paytaxt təmsilçisini yenidən hesabda önə çıxarıb. Qarşılaşmanın son dəqiqəsində isə Luka Modriç fərqi iki topa çatdırıb.
 
Qeyd edək ki, 6 oyunda 13 xal toplayan “Real” 1-ci pilləyə yüksəlib. 5 görüşdən sonra 7 xala malik “Barselona” 10-cudur.
 
 

İspaniya Perimerosu
VII tur
24 oktyabr
“Barselona” – “Real” – 1:3

Qollar: Fati, 5 – Valverde, 8, Ramos,, 63 (pen.), Modriç, 90

 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB