TOP 10

Kantonanın rekordu təkrarlandı

Dünya Futbolu
Tarix: 2020-10-24 19:58

“Lids” İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Aston Villa”nı 3:0 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, bu görüşdə het-trik edən Patrik Bemford yeni uğura imza atıb.
 

Belə ki, ingilis hücumçu “Lids”in heyətində 6 turda 6 qol vuraraq, sabiq fransız forvard Erik Kantonanın rekordunu təkrarlayıb.


“Lids”də sonuncu dəfə 1992/93 mövsümündə Erik Kantona ilk 6 turda 6 qol vurmağı bacarmışdı.


Kantona 1992-ci ilin fevralından noyabrına kimi “Lids”də çıxış edib. Sabiq hücumçu 1992-ci ilin noyabrında “Mançester Yunayted”ə keçib.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB