TOP 10

“Qələbəni əsgərlərimizə, şəhidlərimizə həsr edirik”

Futbol
Tarix: 2020-10-24 18:25

“Çətin olacağını bilirdik. "Keşlə"nin gücünə bələdik. Futbolçular planları və tapşırıqları yerinə yetirdilər. Oyunçuları matçlara kökləmək çətindir. Onların diqqəti cəbhədədir. Qələbəni əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Fəxr edirik ki, belə ölkəmiz və vətəndaşlarımız var".


Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VII turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.


43 yaşlı mütəxəssis bildirib ki, komandası bu günkü qarşılaşmada yaxşı oynayıb: "Amma daha yaxşı oynaya bilərik. Meydan amilini də nəzərə almaq lazımdır. Mənim istədiklərimi bu gün meydanda verdilər. Mən, azarkeşlər və hər kəs daha yaxşı "Neftçi" istəyir. Çempionatın bütün matçları çətin olur. Biz yavaş-yavaş istədiyimiz nəticəyə çatacağıq. Hər qələbə futbolçuya stimul verir".


Məmmədovun sözlərinə görə, bəzən futbolçular orta səviyyəli komandalara qarşı matça yaxşı köklənə bilmirik: "Futbolçuların fikri bilirsiniz haradadır. Onları oyuna kökləməkdə çətinlik çəkmişəm. Hamısının diqqəti cəbhədə baş verən hadisələrdədir".

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB