TOP 10

Elmar Baxşıyev komandasının oyunundan razı qalıb: "Son nöqtəni qoymağa soyuqqanlılıq çatmır"

Futbol
Tarix: 2020-10-24 16:22

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın VII turunda "Səbail"lə ev matçından sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40 yaşlı mütəxəssis ilk olaraq görüşü dəyərləndirib. 

 

- Futboldan yox, Ordumuzdan danışmaq istəyirəm. Bizləri hər gün sevindirir, bundan sonra da sevindirəcək. Komanda olaraq onların yanındayıq. Şəhidlərimizə Allah rəhmət eləsin! Fərqli hissələr izlədik. Ümumi götürəndə, komandanın oyunundan məmnunam. Sadəcə, bir az epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnnaram ki, gələcəkdə bunları aradan qaldırıb qələbələrimizi də qazanacağıq.

 

- Bu qələbəsizlik futbolularda psixoloji gərginlik yaradaırmı?

- Yox, onu hiss etmirik. Dediyiniz olsaydı, meydanda fərqli mənzərə olardı. Hər oyunda 4-5 qol epizodumuz olur. Bunu yaradırıqsa, deməli, hər şey qaydasındadı. Sadəcə, son nöqtəni qoymağa soyuqqanlılıq çatmır.

 

- İkinci hissədə oyununuzun tam alınmaması nəylə bağlı idi?

- Əlbəttə, rəqib də sənə müqavimət göstərir. İlk hissənin 20 dəqiqəsini yaxşı tonusda keçirdik, sonra "axsamağa" başladıq. İkinci hissəyə isə yaxşı başlamadıq. ancaq sonra toparlandıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB