TOP 10

Qol hesabını Qəbələdə açdı, əsgər salamı verdi - legioner

Futbol
Tarix: 2020-10-24 14:50

Premyer Liqamızda ilk dövrəninin son turunun açılış oyununda erkən qol vurulub. Sport24.az xəbər verir ki, buna "Qəbələ"nin albaniyalı leginer Yurgen Qoxa nail olub. Sağ cinah müdafiəçisi "Səbail"lə ev matçının artıq 4-cü dəqiqəsində hesabı açıb. Yurgen qol sevincini əsgər salamı verərək, erməni işğalçılara qarşı haqq savaşı aparan Azərbaycan Ordusuna dəstək olmaqla qeyd edib. 

 

Onu da bildirək ki, bu, cari mövsümdən ölkəmizdə legioner həyatı yaşayan 28 yaşlı Qoxanın "Qəbələ"də ilk qolu olub. 

 

Xatırladaq ki, matçda ilk hissədən sonra hesab bərabərdi - 1:1. 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB