TOP 10

Premyer Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-10-24 16:00

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Cek Butlandda koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Xəbərdə, 27 yaşlı qapıçının koronavirus testinin müsbət çıxdığı bildirilib. Premyer Liqa klubunun yeni transferinin hazırda bir oteldə karantində olduğu bildirilir.


Butland ötən həftə “Stok Siti”dən “Kristal Pelas”a keçmişdi. Bir neçə gün öncə bu komandanın daha bir futbolçusu – Cordan Ayyunun da koronavirusa yoluxduğu açıqlanmışdı.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB