TOP 10

“Qəbələ”nin Avropada irəliləyişini təkrarladı – iki klub

Futbol
Tarix: 2020-10-24 15:15

Avropa Liqasında dörd mərhələ adlayan klubların siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA-nın tərtib etdiyi bu cədvələ cari mövsümdə daha iki komanda əlavə olunub.
 

Bunlar Sofiya MOİK-i və Beer-Şeva “Hapoel”idir. Hər ikisi üç təsnifat və bir pley off mərhələsini adlamağı bacararaq, ilk dəfə belə irəliləyişə imza atıb.
 

Bununla da 4 mərhələ keçib qrupa düşənlərin sayı 15-ə çatıb. İlk dəfə “Fulhem”in bacardığı bu göstəriciyə Azərbaycanın yalnız bir klubu – “Qəbələ” nail olub. Belə ki, Roman Qriqorçukun baş məşqçiliyi altında 2015/16 və 2016/17 mövsümünlərində 4 tur adlayan qəbələlilər 15 komanda arasında yer alıblar.

Təmsilçimiz “Rusenborq”, “Reyncers” və Təl-Əviv “Makkabi”si ilə birlikdə daha çox – 2 dəfə bunu reallaşdırıb. İki komanda – “Qəbələ” və “Reyncers” ardıcıl iki mövsüm ilk raunddan qrupa irələləyib.
 

 

4 mərhələ adlayıb qrupa düşənlər
 

“Fulhem” (2011/12)
“Rusenborq” (2012/13, 2015/16)
“Tvente” (2012/13)
“Tromse” (2013/14)
“Qəbələ” (2015/16, 2016/17)
“Srvena Zvezda” (2017/18)
“Makkabi” Təl-Əviv (2016/17, 2017/18)
“Skenderbeu” (2017/18)
“Apollon” (2018/19)
“Kopenhagen” (2018/19)
“Reyncers” (2018/19, 2019/20)
“Sarpsborq” (2018/19)
“Malmö” (2019/20)
MOİK Sofiya (2020/21)
“Hapoel” Beer-Şeva (2020/21)

 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB