TOP 10

Ukrayna Futbol Federasiyasından Azərbaycana mükəmməl jest

Futbol
Tarix: 2020-10-24 13:09

Ukrayna Futbol Federasiyası Böyük Vətən Müharibəsi dövründə ölkəmizə istənilən dəstəyi göstərəcəyini bildirib. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Sport24.az-a verdiyi məlumatda bildirib:


“Komandalarımızın beynəlxalq turnirlər çərçivəsində ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı AFFA-ya və UEFA-ya məlumat verən futbol federasiyaları var.

Ukrayna Futbol Federasiyasının rəhbərliyi AFFA ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar. AFFA olaraq bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər.


Bildiyiniz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilk ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək. Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasın təşəkkür edirik”.

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB