TOP 10

Qurban Qurbanov Rəşad Sadıqovla ilk dueli haqda: "Maraqlı olacaq, idman prinsiplərindən kənara çıxmayacağıq"

Futbol
Tarix: 2020-10-24 14:13

"Onsuz da bu turdakı oyunumuza hazırlaşmağa bir o qədər vaxtımız yoxdu. Növbəti matçımıza çıxmağa heç 3 sutka da olmur. Fərqi yoxdu Rəşad Sadıqovun komandasına qarşı oynayacağıq və ya digərinə. Çünki qarşıdakı turlarda yenə belə bir halla üzləşəcəyik. Onda da heç 3 gün vaxtımız olmayacaq oyuna hazırlaşmağa". Bu fikriləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. 

 

Avropa Liqasında qrup mərhələsində mübarizəyə start götürən Ağdam klubu 3 həftə ərzində sıx qrafikdə çıxış edəcək. Bu, cümə axşamı Avroliqada, bazar günü Premyer Liqada sınaqdan ibarət olacaq. Qurbanovun artıq sabah keçmiş kapitanı, bu yay karyerasını bitirərək məşqçiliyə başlayan Rəşad Sadıqovla dueli olacaq. Təcrübəli mütəxəssisin liderlər qrupunda yer alan "Zirə"ylə səfər matçına hazırlaşmağa yalnız bu gün vaxtı olacaq: "Səfərdən gəldiyimiz gün bir az gərginlik, yorğunluqdu. Bu gün oyuna tam hazırlıq proqramı tutacağıq. Onsuz da çalışacağıq ki, komandanın yüklənməsi oyunda olsun. Bu gün normal məşq edə də bilməyəcəyik. Daha çox nəzəri məşğələylə komandanı oyuna hazırlayacağıq. Sırf Rəşad Sadıqovla görüşə gəlincə, məncə, maraqlı olacaq. Əlbəttə ki, Rəşadla həmişə çiyin-çiyinə olmuşuq. Ona həmişə uğurlar arzulamışam - həm futbolçu, həm də indi məşqçilik karyerasında. Sadəcə, bu, idmandı, idman prinsiplərindən kənara çıxamayacağıq. Nə tələb olunursa, düşünürəm ki, həm mən, həm də Rəşad tərəfindən ən yaxşısını etməyə çalışacağıq".

 

Xatırladaq ki, 38 yaşlı Sadıqov 10 yaş kiçik olduğu Qurbanovla "Neftçi"də və millidə çiyin-çiyinə oynayıb, sonradansa onun rəhbərliyi altında 1 il "Neftçi"də, son 10 ildə "Qarabağ"da çıxış edib. 

 

01 Dekabr 2020
30 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB