TOP 10

İlk dövrə bitir - açılışda son pillənin müqəddəratı, bağlanışda Rəşad Sadıqovun "Qarabağ" imtahanı

Futbol
Tarix: 2020-10-24 10:00

Bu həftəsonu Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulacaq. Sport24.az xəbər verir ki, ilk dövrənin son turunun qarşılaşmaları iki günü əhatə edəcək.

 

Tur Qəbələdə autsayderlərin dueliylı başlayacaq. İlk dövrəni sonuncu pillədə bitirəcək komandanın hansı olacağı məhz "Qəbələ" - "Səbail" görüşündə müəyyənləşəcək. Qələbəsi olmayan “Qəbələ” eyni xala malik olduğu “Səbail”lə görüşəcək. Sadəcə, qonaqlar 1 oyun az keçirib.

 

İlk oyun günü paytaxt derbisi ilə başa çatacaq. Bu dəfə turnir cədvəlində qonşu olanların -  “Keşlə” və “Neftçi”nin görüşü olacaq. Liderlərin büdrəyəcəyi halda dövrəni zirvədə bitirmək şansı olan bakılılar derbidən qalib ayrılmağa çalışacaq.

 

Çempionatın sürpriz lideri “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri mövqeyini itirməmək üçün qalib gəlməyə çalışacaq. Meydan sahibləri isə 3 oyunluq məğlubiyyət seriyasını qırmalıdır. Bəlkə də bu qarşılaşma ispaniyalı baş məşqçisi Visente Qomes üçün son şans sayıla bilər. 

 

Birinrci dövrəyə Zirədə yekun vurulacaq. Liderin ən yaxın izləyicisi olan "Zirə" evdə son 7 mövsümün çempionu “Qarabağ”la qarşılaşacaq. Bu, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun uzun illər şərəfini qoruduğu Ağdam klubuna qarşı baş məşqçi kimi ilk sınağı olacaq.

 

 

Azərbaycan Premyer Liqası

VII tur

24 oktyabr (şənbə)

14:00. “Qəbələ” – “Səbail” 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ. Şəhər stadionu

 

16:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Bakı. "ASK Arena" stadionu

 

25 oktyabr (bazar)

14:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Bakı. "Bank Respublika Arena" stadionu

 

16:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bakı. Zirə İdman Kompleksinin stadionu

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB