TOP 10

“Qarabağ”ın məğlubiyyəti İsraili yüksəltdi

Futbol
Tarix: 2020-10-23 12:30

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” İsraildə “Makkabi”yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb. Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

 

Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin irəliləməsi ilə nəticələnib. Bu ölkə Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxıb.

 

Türkiyənin də mövqeyi dəyişib. “Sivasspor”un “Vilyarreal”a uduzması qardaş ölkənin geriləməsi ilə nəticələnib. Qonşularımız artıq 13-cü yerdədir. “Reyncers”in qələbəsi Şotlandiyanın irəliləməsi üçün yetərli olub.

 

 

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB