TOP 10

Rza Çalımbay: "Makkabi" və "Qarabağ"ı udaraq üstünlük qazanacağıq"

Futbol
Tarix: 2020-10-23 11:00

"Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik. Amma müəyyən səhvləri etməməliydik". Sport24.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rza Çalımbay UEFA Avropa Liqasının I qrupunun ilk turunda səfərdə "Vilyarreal"a 3:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

57 yaşlı mütəxəssisin sözlərinə görə, buraxdıqları bəzi qollar adlarına yaraşmayıb: "Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyirik".

 

Çalımbay bildirib ki, qrupun qalan 5 oyununda meydana ən yaxşı nəticə üçün çıxacaqlar: "Makkabi" ilə görüşdə qələbədən başqa heç nə fikirləşmirik. Qarşıdakı 2 matçı qazanıb, böyük üstünlük əldə edəcəyik. Yeganə məqsədimiz qalibiyyətdir. Zədəli futbolçularımız da qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. Komandama güvənirəm".

 

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da İsrailin "Makkabi"ni (Təl-Əviv), 1 həftə sonra isə "Qarabağ"ı qəbul edəcək.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB