TOP 10

Əmrah Çəlikəl: "UEFA-nın qərarı yalnız "Vilyarreal"la oyuna aiddir"

Futbol
Tarix: 2020-10-23 10:09

"UEFA ev matçımızın neytral meydanda oynanılmasına qərar verəndın sonra 3-4 ölkə təklif olundu. Onların arasında Türkiyə yox idi. Biz isə israrla bu ölkədə oynamaq istədiyimizi bildirdik". "Qarabağ"ın direktoru Əmrah Çəlikəl UEFA Avropa Liqasının I qrupunun II turunun İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

 

Klub rəsmisi bu qərara sevindiklərini bildirərək, digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola biləcəyini sözlərinə əlavə edib: "Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər".

 

Çəlikəlin sözlərinə görə, ilk müraciət etdikləri "Başakşehir" klubu onlara müsbət cavab verib: "Həm klub prezidenti Göksel Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya "Başakşehir Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı".

 

"Qarabağ" rəsmisi oktyabrın 29-da "Vilyarreal"la oyunu burada keçirəcəklərini diqqətə çatdırıb: "Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. "Başakşehir" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik".

 

Qeyd edək ki, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB