TOP 10

"Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ” önündə göstərdik”

Futbol
Tarix: 2020-10-23 10:30

"Özümü əla hiss edirəm. Meydana qayıtmaqdan və qələbə qazanmaqdan məmnunam. Futboldan ötrü darıxmışdım. Son oyundan bəri çox vaxt keçdi”. Sport24.az xəbər verir ki, bu fikirləri Təl-Əviv "Makkabi"sinin futbolçusu Dan Qleyzer UEFA Avropa Liqasının I qrupunun ilk turunda "Qarabağ"ı məğlub etdikləri oyun barədə danışarkən deyib.

 

Koronavirusdan yenicə sağalmış 24 yaşlı yarımmüdafiəçi meydana qələbə ilə qayıtdığı üçün sevincli olduğunu bəyan edib: "Xəstəliklə mübarizə aparmaq asan deyil. Evdə bir neçə çətin gün keçirdik. Bir ay birlikdə məşq etmədik. Bu müddətdə evdə fərdi qaydada hazırlaşırdım. Fitness məşqçimiz bizi çox tez toparladı. Meydana qələbə ilə qayıtmaq xoşdu".

 

Dan komandanın çıxışından məmnunluq bildirib: “Əyləncəli oyun oldu. Matçın bizim üçün yaxşı keçməsinə və qələbəmizlə yekunlaşmasına sevindim. İndi stabilliyə ehtiyacımız var. Futbol üçün ac idik. Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ” önündə göstərdik”.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB