TOP 10

"Makkabi"nin məşqçisi: "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmədik"

Futbol
Tarix: 2020-10-23 10:00

"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik". Sport24.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" klubunun məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, komandası ən yaxşı oyununu göstərməyib: "Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

 

Qeyd edək ki, "Makkabi"nin baş məşqçisi Yorqos Donis cəzalı olduğu üçün texniki zonada əyləşə və mətbuat konfransına qatıla bilməyib.

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB