TOP 10

“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur” - Şəhriyar Məmmədyarov

Şahmat
Tarix: 2020-10-22 21:00

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli qrossmeyster sosial şəbəkə hesabında bunları qeyd edib:
 

“Genlik kəndi geri alındı! Atamın, babamın və ulu babalarımın kəndi... Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!


PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB