TOP 10

“Real”ın hücumçusundan yeni rekord

Dünya Futbolu
Tarix: 2020-10-22 20:00

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 20 yaşlı hücumçu buna sözügedən turnirin qrup mərhələsinin ilk turunda Donetsk "Şaxtyor"una (Ukrayna) 2:3 hesabı ilə uduzduqları görüşdə nail olub.


Braziliyalı forvard 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra qol vurub. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/07 mövsümündən sonra rekord sayılır.


Vinisius Junior 2018-ci ildən "Real”ın uğurları üçün çalışır.

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB