TOP 10

Ronaldonun növbəti testi pozitiv çıxdı - “Barselona” ilə oyunu buraxacaq

Dünya Futbolu
Tarix: 2020-10-22 19:30

“Yuventus”un futbolçusu Kriştianu Ronaldonun koronavirus testi növbəti dəfə pozitiv çıxıb. Sport24.az xəbər verir ki, Portuqaliya millisinin 35 yaşlı kapitanı karantində qalmağa davam edəcək.

 

Bu isə onun Turin klubunun daha bir neçə oyununu buraxacağı anlamına gəlir. Ulduz futbolçu Çempionlar Liqasının II turunda İspaniya təmsilçisi “Barselona” ilə keçiriləcək matçı da buraxacaq.

 

Qeyd edək ki, “Yuventus” – “Barselona” oyunu oktyabrın 28-də Turində keçiriləcək.
 

  •  
  •  
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB