TOP 10

İtaliyalı məşqçi "Qarabağ"ı "döyüş gəmisi" adlandırdı

Futbol
Tarix: 2020-10-22 18:00

"Partizani"nin sabiq baş məşqçisi Franko Lerda 2019-cu ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri görüşləri xatırlayıb. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında Ağdam təmsilçisinin güclü olduğunu etiraf edib: "Bu komanda çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanır. 25 milyon avro büdcəsi var. Bakı çox gözəl şəhərdir. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".

 

Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda qolsuz heç-heçə edərək, Bakıdakı görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. Komandanın qollarını 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-cü dəqiqədə isə Dani Kintana vurub.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB