TOP 10

AFFA "Zirə"nin şikayətini təmin etdi

Futbol
Tarix: 2020-10-22 16:50

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sport24.az xəbər verir ki, qurum “Zirə” tərəfindən verilmiş apelyasiya şikayətini müzakirə edərək, onu təmin edib.

 

Belə ki, Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibi klubun 800 manat cərimələnməsi barədə qərar ləğv edilib.

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB