TOP 10

Braziliyada tarixi nəticə: 29:0

Dünya Futbolu
Tarix: 2020-10-22 15:16

Qadın futbolçular arasında Braziliya çempionatında gözlənilməz nəticə qeydə alınıb. Sport24.az xəbər verir ki, yeni mövsümün 2-ci turunda “San Paulo” səfərdə “Taboao”nu 29:0 hesabıyla məğlub edib.


İlk hissədə rəqib qapısından 17 top keçirən “San Paulo”, fasilədən sonra daha 12 dəfə fərqlənib.


“San Paulo”nun qollarını Covaninya (3), Kamilla (6), Qlausiya (3), Coavana, Duda (3) Andressa (2), Emili (4), Karol (5) və Perolla vurub.


İlk matçında 3:0 hesabıyla qalib gələn “San Paulo” hazırda liderdir.

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB