TOP 10

Elxan Məmmədov: “Qarabağ” Türkiyədə oynaya bilər”

Futbol
Tarix: 2020-10-22 12:07

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunları üçün alternativ ölkə seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. Bunu sport24.az saytına açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.


Onun sözlərinə görə, UEFA-nın əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib. Assosiasiya rəsmisi bildirib ki, danışıqlarda AFFA Türkiyə variantının üzərində təkid edir: 


“Apardığımız təhlillərə əsasən, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA hələ yekun qərar qəbul etməyib. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.


Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da İspaniya "Vilyarreal"ına qarşı keçirəcək.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB