TOP 10

Polşa millisinin baş məşqçisi: "Azərbaycanla oyunda erkən qol bizi sakitləşdirəcək"

Futbol
Tarix: 2020-10-22 14:00

"Bu rəqibləri artıq bir dəfə məğlub etmişik. Onlarla arşıdakı iki oyundan 6 xal götürmək istəyirik". Sport24.az bu fikirlər qadınlardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stempinski AVRO-2021-in seçmə mərhələsinin D qrupunda Azərbaycan və Moldovaya qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

 

46 yaşlı polşalı mütəxəssis hər iki görüşdə yaxşı nəticələr qazanacaqlarına inamını ifadə edib: "Komandamın sürətindən razıyam. Təxminim belədi ki, istifadə edə biləcəyimiz 2-3 qol epizodu yaxalayacağıq. Erkən qol bizi sakitləşdirəcək. Amma bunun üçün xeyli güc sərf etməliyik. 90 dəqiqə vaxtımız var. Düşünürəm ki, hər şey qaydasında olacaq".

 

Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB