TOP 10

Azərbaycan üçün 11-ci, "Qarabağ" üçün 8-ci start - həsrətimiz Təl-Əvivdə bitəcəkmi?

Futbol
Tarix: 2020-10-22 12:11

Bu gün Azərbaycan üçün avrokubokarda qrup mərhələsində sayca 11-ci mövsüm başlayır. Sport24.az xəbər verir ki, bu, ardıcıl 8-ci dəfə "Qarabağ"la olacaq.

 

Qurban Qurbanovun komandası əvvəlki 7 mövsümdən 1-də Çempionlar Liqasında, 6-da Avropa Liqasında qrupda çıxış edib. Qrupda ilk təmsilçimiz  2012-ci ildə "Neftçi" olub, "Qəbələ" isə ardıcıl 2 il (2015 və 2016-cı illərdə) bu mərhələnin həyəcanını yaşayıb. 

 

Maraqlıdı ki, hər 3 klubun qrupda debütü eyni hesabla -  qolsuz bərabərliklə olub. "Neftçi" bunu səfərdə - Belqradda "Partizan"la görüşdə reallaşdırıbsa, "Qarabağ"la "Qəbələ" bunu evdə gerçəkləşdirib - 2014/15 mövsümündə müvafiq olaraq "Sent-Etyen"lə və PAOK-la. 

 

Elə ən yaxşı nəticələrimiz də budu. Çünki hələ də qrupda ilk oyunda qələbə sevinci yaşamamışıq. Bunu ilk dəfə "Qarabağ" reallaşdıra bilər ki, bunun üçün Təl-Əvivdə "Makkabi"ni məğlub etmək lazımdı. 

 

Konkret Qurban Qurbanovun komandasının qrupda startda çıxışına gəlincə, bir dəfə də heç-heçə olub. Bu, 2016/17 mövsümündə Çexiya "Slaviya"sıyla "Dalğa Arena"da 2:2 hesablı bərabərlikdi. Qalan 5 dəfə isə məğlubiyyətlər qeydə alınıb - Londondan "Tottenhem"dən 1:3, "Çelsi"dən 0:6, Lissabonda "Sportinq"dən 0:2, Bakıda "Sevilya"dan 0:3. 

 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB