TOP 10

Ermənilər bu dəfə Qəbələ, Kürdəmir və Siyəzəni raket atəşinə tutdu. Bu Vətən bizimdi!

Digər
Tarix: 2020-10-22 09:50

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən balistik raketlər atılıb. Sport24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

 

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

 

 

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB