TOP 10

"Qarabağ"la harda oynamağımızın fərqi yoxdu" - Rza Çalımbay

Futbol
Tarix: 2020-10-22 10:29

“Ən çətin oyunumuza çıxacağıq. Amma ilk qarşılaşmalarda nəticəni müəyyənləşdirmək olmur”. Sport24.az xəbər verir ki, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la (İspaniya) keçiriləcək oyun barədə danışarkən deyib.

 

“Qarabağ”la İ qrupunda qərarlaşan Super Liqa təmsilçisi İspaniyaya uğurlu startı üçün yollanıb. Çalımbay “Vilyarreal”ın qrupun favoriti olduğunu, özlərinin isə 2-ci  yer uğrunda mübarizə aparacaqlarını söyləyib: “Vilyarreal”ın oyunlarını izləmişik, rəqibi yaxşı tanıyırıq. Şübhəsiz ki, bu komanda qrupun favoritidir. Amma biz də ikinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, qrupda ilk iki yer uğrunda gərgin mübarizə olacaq”.

 

O, UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına da münasibət bildirib: "Müharibəyə nifrət edirəm. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Hər şeydən əvvəl baş verənlər üzücüdür. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harda oynamağımızın fərqi yoxdur. Həm ev, həm səfər matçlarına final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycanla qardaşıq".

 

Qeyd edək ki, bu gün İ qrupunda həmçinin “Qarabağ” Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.

  •  
  •  
  •  
25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB