TOP 10

“Makkabi”dən “Makkabi”yə - nəhs duel

Futbol
Tarix: 2020-10-22 13:13

Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək “Qarabağ”la Təl-Əviv “Makkabi”si tarixlərində ilk dəfə görüşəcək. Sport24.az xəbər verir ki, Azərbaycan və İsrail təmsilçiləri ümumilikdə nəhs - 13-cü duelə çıxacaq.

 

Bu ölkənin indiyədək 6 dəfə yolları kəsişən klubları 12 matçda görüşüb. Bunların hamısı təsnifat mərhələlərində baş tutub. Yalnız bir dəfə mərhələ adlayan Azərbaycan komandası olub. Buna da məhz “Qarabağ” imza atıb. İlk belə dueldə Hayfa “Makkabi”si ilə görüşən ağdamlılar rəqibini mübarizədən kənarlaşdırıb. “Qarabağ”ın israillilərlə yeganə dueli Azərbaycan futbol tarixinə ilk adlanan mərhələ kimi düşüb. Bunda isə İsraildə dubl edən, hazırda "Qarabağ"ın məşqçisi olan keçmiş hücumçu Müşfiq Hüseynovun böyük rolu olub. Həmin vaxt səfərdə baş tutan ilk matçda əldə olunan qələbə mərhələ keçmək üçün yetərli olub. Lakin sonrakı 11 qarşılaşmada qələbəyə həsrət qalan təmsilçilərimiz 5 dəfə mübarizəni dayandıran tərəf olub.

 

“Qarabağ” kimi Təl-Əviv “Makkabi”si də bir dəfə belə duelin iştirakçısı olub. İsraillilər “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırıb. Digər "Makkabi isə həmin "Xəzər Lənkəran"ı Lənkəranda 8:0 hesabıyla məğlub etməklə diqqət çəkib. Bu isə avrokubolarda 26 illik tariximizdə ən ağır ev məğlubiyyətimizdi. 

 

Ümumilikdə, 12 oyunda 1 qələbəsi olan klublarımız 3 heç-heçə edib və 8 dəfə məğlub olub. 8 qol sevinci yaşayan təmsilçilərimiz 29 top buraxıb.

 

1999/2000 mövsümü
İntertoto kuboku, I mərhələ

"Makkabi" (Hayfa, İsrail) – "Qarabağ" – 1:2, 1:0
 

 

2009/10 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

"Simurq" – "Bney Yehuda" (İsrail) – 0:1, 0:3
 

2011/12 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

"Makkabi" (Təl-Əviv, İsrail) – "Xəzər Lənkəran" – 3:1, 0:0
 

2012/13 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

"Hapoel" (Kiryat-Şmona, İsrail) – "Neftçi" – 4:0, 2:2
 

2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

"Makkabi" (Hayfa, İsrail) – "Xəzər Lənkəran" – 2:0, 8:0
 

2019/20 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Neftçi – Bney Yehuda (İsrail) – 2:2, 1:2

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB