TOP 10

"Makkabi"nin qapıçısı: “Qarabağ”la matçdan etibarən uğurlu çıxış etməyi hədəfləmişik"

Futbol
Tarix: 2020-10-22 09:30

“Çempionlar Liqasında irəliləməyə çox yaxın idik. Ancaq son anda büdrədik. “Qarabağ”la matçdan etibarən uğurlu çıxış etməyi hədəfləmişik". Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sinin qapıçısı Daniel Tenebaum deyib.

 

Baziliyalı qolkiper Avropa Liqasına uğurlu start götürmək üçün “Qarabağ”la görüşə hazırlığımızı yekunlaşdırdıqlarını bildirib: "Qarşılaşmaya hərtərəfli köklənmişik, özümüzə güvənirik. Bu turnirdə mümkün qədər irəliləmək, növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Koronavirus infeksiyasından sağalan futbolçular da hazırda komandaya kömək etməyə hazırdırlar”.

 

Qeyd edək ki, bu gün Təl-Əvivdə keçiriləcək “Makkabi” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  •  
  •  
25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB