TOP 10

3-cü dəfə - qələbəsiz gündə oynayacağıq

Futbol
Tarix: 2020-10-22 12:00

Bu gün “Qarabağ” qrup mərhələsində start götürür. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin İsrail “Makkabi”si ilə qarşılaşması Azərbaycan klublarının oktyabrın 22-də keçirəcəyi 3-cü avrokubok oyunu olacaq.

 

İndiyədək təmsilçilərimiz bu tarixdə 2 dəfə meydana çıxıb. Hər iki görüş indiki kimi Avropa Liqasının qrupuna təsadüf edib. 2015/16 mövsümündə keçirilən həmin qarşılaşmalarda “Qarabağ” səfər, “Qəbələ” ev sınağına çıxıb. Əyalət təmsilçisi braziliyalı kapitanı Luis Paulo Hilarioyla Dortmund “Borussiya”sına qol vursa da, məğlubiyyətdən qaça bilməyib. Ağdamlılar isə “Monako”ya uduzub.

 

Əsas fərq ondadır ki, koronavirus pandemiyasına görə bu tarixdə 3-cü matçlar keçirilsə də, indi yalnız startdı. Çünki avrokuboklarda keçən mövsüm yalnız avqustda başa çatdı.

 

Qeyd edək ki, İ qrupunda mübarizə aparan “Qarabağ” və “Makkabi” arasında görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


 

Avropa Liqası
2015/16 mövsümü, qrup mərhələsi
22 oktyabr

"Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya) – 1:3
"Monako" (Fransa) – "Qarabağ" – 1:0
 

 

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB