TOP 10

Avropa Liqasında gecənin nəticələri - "Qarabağ"ın rəqiblərinin görüşündə 8 qol

Futbol
Tarix: 2020-10-23 01:15

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, 12 qrupda 24 oyun baş tutub.
 

Azərbaycan çempionu “Qarabağ” ilk görüşünü İsrail səfərində Təl-Əviv “Makkabi”sinə qarşı keçirib. Ağdam klubu ilk oyunundan məğlubiyyətlə ayrılıb. Təmsilçimizin yer aldığı İ qrupunun digər oyununda qardaş ölkə Türkiyəni təmsil edən “Sivasspor” İspaniyada “Vilyarreal”ın qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanan tərəf olub.

 
İngiltərə klubları “Arsenal” və “Tottenhem” Avstriya təmsilçiləri “Rapid”lə LASK-ı sınağa çəkib. Hər iki oyunda London təmsilçiləri üstün olub.
 

Turnirin favoritləri sırasında göstərilən İtaliya klubları da ilk matçlarına çıxıblar. “Milan” səfərdə, “Napoli” isə evdə yarışa start verib. Neapollular gözlənilməz məğlubiyyətə üzüldükləri halda milanlılar qələbə qazanıblar.
 

Avropa Liqası
Qrup mərhələsi

22 oktyabr
 

A qrupu

"Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) 1:2
Qol: Nsame, 14-pen – B.Peres, 69. Kumbulla, 74.

ÇSKA (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) 0:2
Qol: Rondon, 53. Deaç, 74-pen.
 
B qrupu

"Dandolk" (İrlandiya) - "Molde" (Norveç) 1:2
Qol: Murrey, 35 – Hussain, 62. Omoyfuanjo, 72-pen.
 
"Rapid" (Avstriya) - "Arsenal" (İngiltərə) 1:2
Qol: Funtas, 51 – D.Luis, 70. Obameyanq, 74.
 
C qrupu

"Bayer" (Almaniya) - "Nitsa" (Fransa) 6:2
Qol: Amiri, 11. Alario, 16. Diabi, 61. Bellarabi, 79; 83. Virts, 87 – Quiri, 31. Maurise, 90.
 
"Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Çexiya) 3:1
Qol: Aqudelo, 45. Akolatse, 86; 88 – Provod, 75.
 
D qrupu

"Standard" (Belçika) - "Reyncers" (Şotlandiya) 0:2
Qol: Tavernye, 19-pen. Ruf, 90+3.

"Lex" (Polşa) - "Benfika" (Portuqaliya) 2:4
Qol: İshak, 15; 49 – Pizzi, 9. Nunez, 42; 60; 90+3. 
 
E qrupu

PSV (Niderland) - "Qranada" (İspaniya) 1:2
Qol: Götse, 45+1 – Molina, 57. Maçis, 66.

PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) 1:1
Qol: Murq, 56 – Bautheaç, 16.
 
F qrupu

"Napoli" (İtaliya) – “Alkmaar” (Niderland) 0:1
Qol: De Vit, 57.
 
"Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) 0:1
Qol: Yon, 90+3.
 
G qrupu

"Braqa" (Portuqaliya) - AEK (Yunanıstan) 3:0
Qol: Qaleno, 44. Paulinyo, 78. Horta, 88.
 
"Lester Siti" (İngiltərə) - "Zarya" (Ukrayna) 3:0
Qol: Meddison, 29. Barnes, 45. İheanaço, 67.
 
H qrupu

"Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) 1:3
Qol: M.Elyunussi, 76 – Kruniç, 14. B.Dias, 42. Hauqe, 90+2.
 
"Sparta" (Çexiya) - "Lill" (Fransa) 1:4
Qol: Doçkal, 47 – Y.Yazıçı, 45+1; 60; 75. İkone, 66.
 
İ qrupu

"Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) 5:3
Qol: Kubo, 13. Bakka, 20. Foyt, 57. Alkaser, 74; 78 – Kayode, 33. Yatabare, 43. Qradel, 64.
 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (Azərbaycan) 1:0
Qol: Kohen, 10.
 
J qrupu

"Tottenhem" (İngiltərə) - LASK (Avstriya) 3:0
Qol: Lukas, 18. Andrade, 27-öz qapısına. Son, 84.

"Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) 1:2
Qol: Higinio, 46 – Gerkens, 63. Refaelov, 70.
 
K qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) 0:0
 
"Volfsberger" (Avstriya) – ÇSKA (Moskva, Rusiya) 1:1
Qol: Liendl, 42 – Qayiç, 5.
 
L qrupu

"Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) 2:0
Qol: Baumqartner, 64. Dabbur, 90+3.

"Slovan" (Çexiya) - "Gent" (Belçika) 1:0
Qol: A.Yusuf, 29.

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB